Ceyhun Bayramov Atatürklə bağlı paylaşım etdi

“Bu gün Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən qardaş Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatından 84 il ötür.
ONN media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında yazıb.
“Türk dünyasının böyük oğlu Atatürkün əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq”, - nazir bildirib.