Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun İraqın şimalında apardığı "Pəncə Kilid" əməliyyatı zamanı bir türk hərbçisi şəhid olub.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 11-də PKK terrorçuları tərəfindən Türkiyə ordusunun mövqeyinə atəş açılıb. Hadisə nəticəsində bir hərbçi yaralansa da, onun həyatını xilas etmək mümkün olmayıb. Türkiyə ordusu bölgədə antiterror əməliyyatını davam etdirir”, - məlumatda bildirilib.