Yağışlı hava nə vaxta kimi davam edəcək?

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 17-i səhər saatlarına kimi davam edəcək.

Bu barədə ONN media-ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

"Yağıntılı hava şəraiti ölkə ərzisində əsasən, şimal və şərq rayonlarında müşahidə olunacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda yağışlar dünən günün ikinci yarısından başlayıb.

Geri qayıt