Ukrayna şəhərinin tarixi adı bərpa olundu

Ukraynanın Jitomir vilayətinin Novoqrad-Volınski şəhərinin tarixi Zvyaqel adı bərpa edilib.
ONN media xəbər verir ki, şəhərin tarixi adının qaytarılmasına yerli sakinlər təşəbbüs göstəriblər.
Qeyd edək ki, XV əsrdən bəri Zvyaqel adlandırılan bu şəhər 1793-cü ilə qədər Reç Pospolitanın tərkibində olub. 1793-cü ildə Rusiya imperiyasının tərkibinə keçən şəhərin adı“Novoqrad-Volınskiyə dəyişdirilib.