Azərbaycan XİN Gürcüstanı təbrik edib

Azərbaycan XİN Gürcüstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəni təbrik edib.

ONN media xəbər verir ki, bu barədə nazirliyin Tvitter səhifəsində paylaşım edilib.

“Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Gürcüstan hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Gürcüstan arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, - paylaşımda bildirilib.

Geri qayıt