XİN İsraildə açılacaq səfirliklə bağlı rəsmi açıqlama yaydı

XİN İsraildə açılacaq səfirliklə bağlı rəsmi açıqlama yaydı

Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək.

ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Tvitter hesabında bildirilib.

"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", - deyə məlumatda qeyd edilir.

Geri qayıt