İsraildəki səfirliklə bağlı daha bir rəsmi açıqlama

İsraildəki səfirliklə bağlı daha bir rəsmi açıqlama

Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək”.

ONN media xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətləri arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Milli Məclisin Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Nazir tvitter səhifəsində yazıb: “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.

Geri qayıt