Saakaşvilinin vəziyyəti yenidən pisləşdi

Saakaşvilinin vəziyyəti yenidən pisləşdi

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili zəhərlənib.

ONN media xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Valeri Gelbaxiani xarici ekspertlərin rəyi əsasında bildirib.

“Mən onun zəhərlənməsi faktını təsdiqləyirəm”, – deyə Gelbaxiani əlavə edib.

O zəhərlənmənin hansı maddələrdən baş verməsinə dair araşdırmaların davam etdiyini vurğulayıb.

Vəkil həmçinin zəhərlənmənin civə, barium və kalium kimi zəhərli maddələrdən baş verə biləcəyi haqqında məlumatlar olduğunu qeyd edib:

“Bu barədə ətraflı brifinqimiz olacaq”, - deyə Gelbaxiani sözlərini yekunlaşdırıb.

Geri qayıt