Qazaxıstanda güclü zəlzələ oldu

Qazaxıstanda güclü zəlzələ oldu

Qazaxıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 07:21) baş verən zəlzələnin episentri Almatıdan 273 km şimal-şərqdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Geri qayıt