İrandan nüvə proqramı ilə bağlı daha bir açıqlama

İrandan nüvə proqramı ilə bağlı daha bir açıqlama

İran təzyiqlərə boyun əyməyəcək və beynəlxalq normalara uyğun olaraq nüvə proqramını davam etdirəcək.

ONN media xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) bəyanatına cavab olaraq bildirib.

O, diqqətə çatdırıb ki, Qərb dövlətləri bir sıra beynəlxalq təşkilatlar vasitəsilə İrana təzyiq göstərməyə çalışırlar. Lakin İran uranın zənginləşdirilməsini və nüvə proqramını davam etdirəcək.

Qeyd edək ki, ötən gün MAQATE bəyanatla çıxış edərək, İranı öz obyektlərində əvvəllər aşkar edilmiş nüvə materialının mənşəyini təcili izah etməyə çağırıb.

Geri qayıt