Ukrayna ordusu nə qədər kəndə və şəhəri azad etdi?

Ukraynada bu günə qədər 1886 yaşayış məntəqəsi işğaldan azad olunub.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko deyib.
O bildirib ki, azad edilən sahələrdən 1620-də humanitar qərargahlar fəaliyyətə başlayıb.
Timoşenko azad edilən şəhər və kəndlərdə dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin bərpasının davam etdirildiyini söyləyib.