Türkiyədə zavodda güclü partlayış olub

Bu gün Türkiyənin Dənizli vilayətinin Pamuqqala rayonundakı kimya zavodunda yanğın başlayıb.
ONN media xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
Məlumata görə, yanğın yerli vaxtla saat 12.30-da avtomobillərin sıx olduğu maşın yolunun yaxınlığında başlayıb:
“Hadisə yerinə çoxlu xilasetmə qrupları gəlib, kimyəvi maddələrin yanması səbəbiylə zavod binasının üzərində qara tüstü buludları yaranıb. Yanğın hələ də söndürülməyib. Vaxtaşırı partlayış səsləri eşidilir”.