Tehranda bu dəfə aksiya metroda keçirildi

Tehranda bu dəfə aksiya metroda keçirildi

İranın paytaxtı Tehranda metro stansiyasında qadınlar etiraz aksiyası keçiriblər.

ONN media xəbər verir ki, bu barədə sosial şəbəkədə video-görüntü yayılb.

Bildirilib ki, aksiya iştirakçıları “Qadın, Həyat, Azadlıq!” şüarı söyləyiblər.

Məlumata görə, Güney Azərbaycanın Savə şəhərində keçirilən etiraz aksiyası zamanı 15 yaşlı güney azərbaycanlı yeniyetmə Məhəmməd Zamani İranın hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib.

Başqa bir məlumata əsasən, ölkədə yükdaşıma xidməti sürücülərinin tətili davam edir. Nəticədə İranın yükdaşıma xidmətinin fəaliyyəti iflic olub.

Geri qayıt