Yunanlar bu adalara qoşun yerləşdirir

Yunanıstan Midilli və Rodos adalarında hərbi təlimlər keçirib
ONN media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, silahsızlandırılmış statusda olan hər iki adada təlimlər 2 gün davam edib.
Midillidə keçirilən təlimdə “Kiova”, “Apaçi” hücum helikopterləri, tank və artilleriya bölmələri iştirak edib.
Bundan əlavə, ABŞ-ın hədiyyə etdiyi 1200 ədəd M1117 zirehli texnikasının bir qismi təlimdə yer alıb.
Rodosda keçirilən təlimdə isə “RM 70” reaktiv yaylım atəş sistemindən istifadə edilib.