DİQQƏT- Bu rayonumuzda qaz olmayacaq

DİQQƏT- Bu rayonumuzda qaz olmayacaq

Biləsuvar rayonunda təbii qazın verilişi üç gün müddətinə dayandırılacaq

ONN media xəbər verir ki, bu barədə rayon icra hakimiyyəti məlumat yayıb.

Bildirilir ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün “Astara-Qazməmməd” magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 13-15 dekabr tarixlərində qaz təchizatında fasilə yaranacaq.

Geri qayıt