Moskvada güclü qar səbəbindən reyslər təxirə salındı

Moskvada güclü qar səbəbindən reyslər təxirə salındı

Rusiya paytaxtı Moskva şəhərinin aeroportlarında güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb.

ONN media xəbər verir ki, Moskvada yağan qarın hündürlüyü 20 santimetrə çatıb.

Dekabrın 11-i Moskva vaxtı ilə saat 9:30-a olan məlumata görə, “Vnukovo” hava limanında dörd aviareys gecikib, daha dörd aviareys təxirə salınıb. “Domodedovo” aeroportunda 44 aviareys gecikib, “Şeremetyevo”da 13 aviareys gecikib, iki aviareys təxirə salınıb.

Geri qayıt