Bu avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ

Sabah Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə ONN media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, dəyişikliyin səbəbi paytaxtın Binəqədi rayonu ərazisində - "Baksol" yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsidir.
Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətti üzrə avtobusların hərəkəti “Azadlıq prospekti” metrostansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək.