Araik Laçın dəhlizindən keçərkən nə baş verib?

Araik Laçın dəhlizindən keçərkən nə baş verib?

Qarabadakı separatçı-terrorçuların “başçısı” Araik Arutyunyan Laçın dəhlizindən çətinliklə keçib.

ONN media xəbər verir ki, Fransada olan baş separatçı dekabrın 11-də axşam saatlarında Ermənistana qayıdıb. Dekabrın 12-də isə o, Xankəndinə keçmək istəyərkən, yol bağlanıb.

Azərbaycanlı ekoloqların Xankəndi yolunda aksiyaya başladıqdan sonra Rusiya sülhməramlılarının Laçın dəhlizini bağlaması nəticəsində Araik və başının dəstəsi Qarabağa keçə bilməyiblər.

“Hraparak” nəşri yazır ki, uzun danışıqlardan sonra təkcə Araik yoldan keçə bilib, qondarma “xarici işlər naziri” David Babayan isə başının dəstəsi İrəvana qayıtmağa məcbur olub.

Araik Arutyunyanın yoldan keçməsi üçün danışıqlar dekabrın 12-si axşama qədər davam edib. O, Xankəndinə qayıdan kimi qondarma “təhlükəsizlik şurasının” iclasını keçirib.

Nəşr qeyd edir ki, Arutyunyan “iclasda” depressiv vəziyyətdə olub və bildirib ki, məsələnin həlli üçün Paşinyanla Putinin danışıqlarını gözləmək lazımdır.

Qeyd edək ki, Putin dünən Prezident İlham Əliyevlə, daha sonra Nikol Paşinyanla telefon söhbəti aparıb. Rusiya azərbaycanlı etirazçıların aksiyanı dayandırmasını istəsə də, rəsmi Bakı mövqeyindən geri çəkilməyib

Geri qayıt