Prezident DSX Akademiyasına yeni rəis təyin etdi

Prezident DSX Akademiyasına yeni rəis təyin etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.

ONN media xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.

Geri qayıt