Türkiyənin Gəncəyə Baş konsulu təyin olunub
Rəcəb Öztop Türkiyənin Gəncəyə Baş konsulu təyin olunub.
ONN media xəbər verir ki, o, növbəti ilin yanvar ayından vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, daha öncə Türkiyənin Gəncədəki Baş Konsulluğuna Zəki Öztürk rəhbərlik edib və onun səlahiyyət müddəti cari ilin avqustunda başa çatıb.
