Bakı xəbərdarlıq etdi- UNİSEF həddini aşır

Bakı xəbərdarlıq etdi- UNİSEF həddini aşır

Azərbaycan UNİSEF-in İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatlarına münasibət bildirib.

Belə ki, UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub.

Görüşdə UNİSEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi bəyanat barədə rəsmi Bakının narahatlığı çatdırılıb, onun mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.

UNİSEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatını etiraf edib.

Xatırladaq ki, UNİSEF-in İrəvan ofisi bəyanatında “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını” qeyd edib.

Geri qayıt