"Qarabağ" "Rakuv"a məğlub oldu

"Qarabağ" "Rakuv"a məğlub oldu

Türkiyənin Antalya şəhərində mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ" bu gün ilk yoxlama matçını keçirib.

ONN media xəbər verir ki, təmsilçisimiz Polşanın "Rakuv" klubu ilə görüşüb və matç 3-0 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" yanvarın 18-də Polşanın digər klubu "Poqon" və Serbiya təmsilçisi "Çukariçki" ilə qarşılaşacaq.

Geri qayıt