NATO səfirliyimizə hücumla bağlı məlumat yaydı

NATO Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.
ONN media xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Tvitter hesabında bildirib.
“NATO dünən Azərbaycanın İrandakı səfirliyinə bir səfirlik əməkdaşının ölümü və ikisinin yaralanması ilə nəticələnən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanların ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk”, - Kolomina vurğulayıb.