Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində paylaşım edilib:

"Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır", - paylaşımda qeyd olunub.

Geri qayıt