Naxçıvanda güclü yanğın başladı

Fövqəladə Hallar Nazirliyi Naxçıvandakı yanğınla bağlı məlumat yayıb.
FHN-dən ONN media-ya bildirilib ki, şəhərin 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir