Ermənistandan Rusiyaya gedən yol yenidən bağlandı

Ermənistandan Rusiyaya gedən yol yenidən bağlandı

Ermənistanı Rusiya ilə birləşdirən yeganə – Yuxarı Lars yolu yenidən yük maşınları üçün bağlanıb.

ONN media xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

“Bu hava şəraiti ilə bağlıdır. Ərazidə qar yağır və ağır yük maşınlarının Qudauri-Kobi hissəsinə buraxılmaması barədə qərar qəbul edilib”, - məlumatda qeyd olunub.

Geri qayıt