Yapon alimdən İstanbulla bağlı qorxunc açıqlama

Yapon alimdən İstanbulla bağlı qorxunc açıqlama

Yaponiyalı zəlzələ alimi Yoşinori Morivaki gözlənilən İstanbul zəlzələsi ilə bağlı mühüm açıqlamalar verib.

ONN media xəbər verir ki, Morivaki İstanbulda tək bir qırılma olarsa 7 bal, iki qırılma olarsa 7,5 bal gücündə zəlzələ olacağını söyləyib.

Zəlzələnin nə vaxt baş verəcəyinə gəlincə, alim bunları deyib: “Araşdırmalara görə, İstanbulda zəlzələ 60-70 faiz ehtimalla 23 ildən sonra baş verə bilər”.

Morivaki “İstanbulun hansı əraziləri zəlzələlərə daha davamlıdır?” sualına isə belə cavab verib: “Boğazın hər iki tərəfi davamlıdır. Beşiktaş, Şişli, Mecidiyeköy və Ataşehirdə durum yaxşıdır. Avcılar, Küçükçekmece və Büyükçekmecedə zəmin yumşaqdır”

Geri qayıt