Qəhrəmanmaraşda yenidən zəlzələ oldu
Türkiyənin Qəhrəmanmaraş vilayətində 3,5 bal gücündə zəlzələ olub.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 11:25-də baş verən yeraltı təkan 7 km dərinlikdə qeydə alınıb.
