İranda tələbələrin zəhərlənməsi ilə bağlı həbslər başladı

İranda şagirdlərin zəhərlənməsində şübhəli bilinən 3 nəfər həbs edilib.
ONN media xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Saxlanılanların kimliyi və harada həbs edildikləri barədə açıqlama verilməyib.
Qeyd edək ki, sonuncu zəhərlənmə faktı martın 1-də Ərdəbilin 8 məktəbində qeydə alınmış və 108 qız şagird zəhərlənmişdi.