"Qarabağ"dan daha bir qələbə

"Qarabağ"dan daha bir qələbə

Azərbaycan Premyer Liqasında XXVI turun daha bir matçı baş tutub.

ONN media xəbər verir ki, “Qarabağ” autsayder “Səbail”i qəbul edib.

Meydan sahibləri 24-cü dəqiqədə Elvin Cəfərquliyevin qolu ilə hesabı açıb. Bundan 10 dəqiqə sonra Musa Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıb və bombardirlər yarışında birinci pilləyə yüksəlib.

Julio Romao 53-cü dəqiqədə cərimə meydanı həndəvərindən mükəmməl zərbə ilə toru silkələyib. Bu, həm də qarşılaşmada vurulan sonuncu qol olub və “Qarabağ” meydanı 3:0 hesablı qələbə ilə tərk edib.

Qeyd edək ki, turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4 cavabsız qolla üstələyib. Tur martın 12-də keçiriləcək “Şamaxı” – “Neftçi” matçı ilə yekunlaşacaq.

Geri qayıt