Türkiyəli nazir İrəvana səfər edib

Türkiyəli nazir İrəvana səfər edib

Türkiyənin gənclər və idman naziri Mehmet Qəssaboğlu Ermənistan və Türkiyə arasında futbol matçının keçiriləcəyi İrəvan şəhərinə gedib.

ONN media Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə nümayəndə heyətinin olduğu təyyarə az öncə paytaxt hava limanına enib.

Qeyd edək ki, Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin qrup çərçivəsində ilk oyununu bu gün Türkiyə yığması ilə keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Geri qayıt