Orucu açmağı gecikdirmək olmaz

Orucda tövsiyə edilən əməllərdən biri də iftarı gecikdirməmək, orucu vaxtında açmaqdır.
ONN media xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib.
O bildirib ki, dinimizdə üzrlü səbəb olmadan iftarı gecikdirmək bəyənilməyən əməllərdən sayılır:“Məhəmməd Peyğəmbər bu barədə buyurub:
“İnsanlar iftarı tezləşdirdikcə, xeyir içində olacaqlar”. Odur ki, çalışaq üzrlü səbəb yoxdursa, iftarı vaxtında edək, orucu açmağı gecikdirməyək”.