İsrail ordusu yenidən raketlə Dəməşqi vurdu

İsrail ordusu yenidən raketlə Dəməşqi vurdu

İsrail ordusu Suriyanın paytaxtı Dəməşq şəhərinə raket zərbələri endirib.

ONN media xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Gecə saatlarında (01:17) Qolan təpələrindən Dəməşq əyaləti istiqamətinə raket zərbələri endirilib. Hava hücumundan müdafiə vasitələrimiz raketlərdən bir neçəsini vurub”, - SANA qeyd edib.

Məlumata görə, zərbələr nəticəsində dağıntılar var.Qeyd edək ki, martın 30-da da İsrail ordusu Dəməşqdəki SEPAH bazalarına raket zərbələri endirmişdi.

Geri qayıt