Xankəndidən daha 12 xəstə İrəvana aparıldı

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 12 xəstə Xankəndidən Ermənistana aparılıb.
ONN media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.Sağalan 6 xəstə isə Ermənistandan Qarabağa qaytarılıb.
Qeyd edək ki, Laçın yolunda aksiya başlayandan indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 264 xəstə Xankəndidən Ermənistana aparılıb.