Moskvada hərbi texnika zavoduna dron düşdü

Moskvada hərbi texnika zavoduna dron düşdü

Moskva vilayətinin Ximki şəhərində yerləşən Akademik P.D adına “Fakel” maşınqayırma zavoduna kameralı dron düşüb.

ONN media xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Zavodda “Tor” və S-400 kimi hava hücumundan müdafiə sistemlərini istehsal edilir.

Dronun texniki nasazlıq səbəbindən düşdüyü bildirilir.

Qeyd edək ki, şəhər Moskvanın mərkəzindən 18 kilometr şimal-qərbdə yerləşir.

Geri qayıt