Daha bir ölkə "Bayraqdar"a talib oldu

Yaponiya Türkiyənin “Bayraqdar TB2” PUA-larını sınaqdan keçirməyi planlaşdırır.
ONN media xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Yaponiya Müdafiə Nazirliyinin 2023-cü maliyyə ili üçün büdcəsi çərçivəsində “Bayraqdar TB2”nin ölkənin Özünümüdafiə Qüvvələrinin quru bölmələri tərəfindən sınaqdan keçirilməsi planlaşdırılır.