Azərbaycanda ər və arvad faciəvi şəkildə öldü

Azərbaycanda ər və arvad faciəvi şəkildə öldü

Xaçmazın Yalama kəndində ər və arvadı yaşadıqları evdə yanaraq ölüb.

ONN media xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Aslan Balasultan oğlu Taqverdiyev və həyat yoldaşı 1965-ci il təvəllüdlü Rumayə Atakişi qızı Taqverdiyeva yaşadıqları fərdi yaşayış evində yanmış halda tapılıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Geri qayıt