Bu avtobusun da hərəkət sxemi dəyişdi

Bu avtobusun da hərəkət sxemi dəyişdi

149 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilir.

ONN media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, dəyişiklik Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədardır.

Rəsmi məlumata görə, tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) avtobusun hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişikliklərin edilməsi planlaşdırılır:“149 nömrəli marşrut üzrə avtobuslar alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu - H.Cavid prospekti - Landau küçəsi (Hüseyn Cavid parkı) - Elmlər Akademiyası metro stansiyası - Mətbuat prospekti ilə təşkil ediləcək”.

Geri qayıt