Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 52 avtomobili keçib

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 52 avtomobili keçib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

ONN media report-a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 4 minik və 15 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 52-yə çatıb.

Geri qayıt