Messi qərarını verdi - PSJ-dən gedir

Messi qərarını verdi - PSJ-dən gedir

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi cari mövsümün sonunda klubdan ayrılacaq.

ONN media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Hücumçu yayda mövsümün sonunadək olan müqaviləsini yeniləməyəcək. 35 yaşlı futbolçunun bu qərarı haqda artıq klub rəhbərliyinə məlumat verilib.

Qeyd edək ki, Messi Liqa 1-də evdə “Loryan”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra icazəsiz halda tərk edərək Səudiyyə Ərəbistanına yollanıb.

O, dünən komandadan 2 həftəlik kənarlaşdırılıb.

Geri qayıt