Tərtərdə ər arvadını qətlə yetirdi

Tərtərdə ər arvadını qətlə yetirdi

Tərtərdə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub.

ONN media xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 4-ü saat 12 radələrində Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

LAparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.İbtidai istintaq davam edir.

Geri qayıt