Günün koronavirus statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə ONN media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 555 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 124 nəfər müalicə olunaraq sağalıb, 10 257 nəfər vəfat edib, aktiv xəstə sayı 174 nəfərdir.