Kamal Dərviş vəfat etdi

Türkiyənin keçmiş iqtisadiyyat naziri Kamal Dərviş vəfat edib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.Qeyd edək ki, K.Dərviş 1949-cu il yanvarın 10-da Türkiyənin İstanbul bölgəsində anadan olub.
Atası türk, anası isə alman-holland qarışığı olub.1977-2001-ci illərdə Dünya Bankında işləyib.
2001-ci ildə Türkiyəyə qayıdıb.
O, mərhum baş nazir Bülənt Ecəvitin başçılıq etdiyi hökumətdə iqtisadiyyat naziri olub.
2002-ci ilin avqustunda bu vəzifədən istefa verib.