Paşinyanın Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarix nə zamandır?

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.
ONN media “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.
Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb.
“Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, - o söyləyib.
Qeyd edək ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır//metbuat.az