Rusiya Ukrayna ərazisini yenidən atəşə tutdu

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinin Şebekino dairəsinin Aşağı Berezovo kəndini atəşə tutub.
ONN media xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
O bildirib ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qubernator sakinlərin tarlada işləyərkən atəşə məruz qaldığını əlavə edib.