Ordumuzun əsgəri faciəvi şəkildə həyatını itirdi

Ordumuzun əsgəri faciəvi şəkildə həyatını itirdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

ONN media Report-a istinadən xəbər verir ki, hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

Geri qayıt