Məşhur aparıcı qayda pozuntusu etdi?

Məşhur aparıcı qayda pozuntusu etdi?

Mətbuatda məşhur aparıcı Zaur Kamalın yol hərəkəti qaydalarını pozduğu haqqında xəbər yayılıb.

ONN media xəbər verir ki, Zaur Kamal həmin görüntülərin yeni olmadığını açıqlayıb: "Görüntülər çoxdanındır. Hadisə bir il əvvəl baş verib".

Qeyd edək ki, Avtosfer.az saytında Zaur Kamalın mayın 24-də idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı "Porsche" markalı avtomobillə Hüseyn Cavid parkının (Vergilər Nazirliyinin) qarşısında ikinci cərgədə dayanaraq yolu zəbt etdiyi və dayanma-durma qaydasını pozduğu qeyd edilib//teleqraf.com

Geri qayıt