"Avtoyuma məntəqələrində sudan necə gəldi istifadə edirlər"

"Avtoyuma məntəqələrində sudan necə gəldi istifadə edirlər"

Abşeronda texniki su şəbəkəsi olmadığına görə, hər yerdə içməli sudan istifadə edilir.

ONN media xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, yarımada ərazisindəki müəssisələr, xüsusilə avtoyuma məntəqələri içməli sudan istifadə edirlər: "Abşeron ərazisində avtoyuma məntəqələrinin 95 %-də sayğac quraşdırılıb. Amma bu o demək deyil ki, onlar suyu necə gəldi istifadə etməlidirlər"//metbuat.az

Geri qayıt