Xalq artisti Sərxan Sərxanın Bakıda növbəti konserti olacaq

Xalq artisti Sərxan Sərxanın Bakıda növbəti konserti olacaq

Xalq artisti Sərxan Sərxan solo konsertə hazırlaşır.

ONN media xəbər verir ki, müğənni iyunun 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çıxış edəcək.

Gecədə ifaçı sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnılarını səsləndirəcək.

Qeyd edək ki, 1952-ci il iyunun 18-də Bakıda anadan olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində Musiqi məktəbinin gitara sinfini və Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib.

Eyni zamanda Moskva və Azərbaycan filarmoniyalarında çalışıb//axşam.az

Geri qayıt