Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salındı

Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salındı

Azərbaycan və Ermənistan XİN başçılarının 12 iyunda Vaşinqtonda nəzərdə tutulan görüşü təxirə salınır.

ONN media xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.

“Bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır.

Görüşün yeni tarixləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - XİN sözçüsü sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan XİN məsələ ilə bağlı hələ açıqlama yaymayıb//axar.az

Geri qayıt